Komanda yoldaşları sakitləşdirib

 

Avro-2016-nın seçmə mərhələsində Çexiya ilə oyunun hazırlıqlarını davam etdirən Hollandiya milli komandasının düşərgəsində xoşagəlməz hadisə baş verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, səhər məşqində "Fənərbaxça"nın futbolçusu Robin Van Persi və "Mançester Yunayted"in gənc ulduzu Memfis Depay arasında mübahisə olub. Onların arasında baş verən mübahisəni komanda yoldaşları sakitləşdirib.