FİFA-da Zepp Blatterin vəzifəsini İssa Hayatu yerinə yetirəcək

 

Rüşvət qalmaqalı ilə vəzifəsindən 90 günlük uzaqlaşdırılan Zepp Blatterin vəzifəsini İssa Hayatu yerinə yetirəcək.

 

Sportal.az xəbər verir ki, kamerunlu futbol mütəxəssisi Hayatu FİFA-da müvəqqəti olaraq prezident olacaq.

 

Qeyd edək ki, FİFA-da prezident seçkiləri növbəti ilin fevral ayında keçiriləcək.