Mixayıl Skibbe ilə 3 illik müqavilə imzalanıb

 

Yunansıtan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, yığma komandanı bundan Mixael Skibbe çalışdıracaq. Alman mütəxəssislə Yunanıstan Futbol Federasiyası arasında 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, bir vaxtlar İstanbulun “Qalatasaray” klubunu da çalışdırmış Skibbenin son komandası Türkiyənin "Eskişehirspor" klubu olub.