Hazırlıq matçı

 

"Neftçi"nin əvəzedici heyəti seleksiya xarakterli yoxlama oyunu keçirib.

 

Sportal.azxəbər verir ki, klubun U-19 komandasının bir neçə üzvünün cəlb olunduğu görüş birinci divizion təmsilçisi “Şərurspor”a qarşı olub.

 

Oyun “Dalğa Arena” stadionunun ehtiyat meydançasında baş tutub və 1:1 hesabı ilə nəticələnib. “Neftçi”nin heyətində Şəfi Bağırov fərqlənib.