"Neftçi", I Divizion səni gözləyir"

 

Azərbaycan Premyer Lİqasının 28-ci turu çərçivəsində "Neftçi" səfərdə autsayder "Rəvan"ın qonağıdır.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, komandalarının oyunundan narazı qalan "Neftçi" azarkeşləri maraqlı şüarlarla yadda qalıblar:

 

"Neftçi", I Divizion səni gözləyir"  və "Rəvan"ın qapıçısına səslənərək "Rəşad, Vəli Qasımova yazığın gəlsin" deyə şüarlarla yadda qalan paytaxt klubunun fanatları komandaya etiraz ediblər. Daha sonra isə azarkeşlər baş məşqçini istefaya çağırıb.