"Əlimizdən gələni edəcəyik ki, finala çıxaq"
 
Premyer Liqanın XXXII turunda "Neftçi" səfərdə "Qəbələ" 2:2 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Vəli Qasımov qarşılaşmaya "CBC Sport"a açıqlamasında belə şərh verib: 
 
"Futbolçular hər şeyi etdilər ki, yaxşı oyun göstərsinlər. Ancaq bir şey var ki, komanda 7-ci pillədə olduğuna görə, inam itib. Bu gün komanda yaxşı oyun sərgilədi. Həm kubok, həm də çempionat oyunlarına fikir veririk. Kubokun yarımfinal matçında da əlimizdən gələni edəcəyik ki, finala çıxaq".