Bakı vaxtı ilə saat 20:00-da start götürəcək

 

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Baltsan” (Malta) – “Neftçi” oyununun başlama saatı bəlli olub.
 
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 30-da “Hibernians” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 7-də Bakıda keçiriləcək.