"Keşlə"nin rəqibləri

19:17 - 5 İyul 2021

Konfrans Liqasına Bakıda hazırlaşan “Keşlə” yoxlama matçları keçirəcək.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi iyulun 9-da “Səbail”lə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq oyuna saat 18.30-da start veriləcək.

 

“Keşlə” digər yoxlama matçını “Sabah”a qarşı keçirəcək. Oyun iyulun 13-də Bank Respublika Arenada baş tutacaq. Matç saat 19:00-da başlanacaq.

 

“Keşlə” ilk sınaq görüşündə “Qarabağ”a 0:7 hesabı ilə uduzub.

Xəbər xətti