"Qəbələ"nin rəqibi bəlli oldu - VİDEO

18:05 - 30 Noyabr 2023

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "İmişli" doğma meydanda "Mingəçevir"i qəbul edib. I Liqa təmsilçilərinin dueli ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

"İmişli" ölkə kubokunun 1/8 final mərhələsində "Qəbələ" ilə qarşılaşacaq.

“İmişli” – “Mingəçevir” 1:0
Qol: 
Həzrət İsayev, 87 (pen)

Xəbər xətti