Bu gün Azərbaycan kubokunda finalın adı bəlli olub.
Sportal.az xəbər verir ki, ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşləri məhz bu gün keçirilib. "Neftçi" ilk oyunda uduzduğu "Sabah"la bu dəfə Masazırda üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, "Sabah" finalda "Qarabağ"la qarşılaşacaq.
Azərbaycan kuboku
Yarımfinal
23 aprel
20:00. "Sabah" - "Neftçi" 1:1
Qollar: Cesse Sekidika, 23 - Emin Mahmudov, 40
İlk oyun 2:1