"Beşiktaş" istədi, futbolçu bu kluba keçməkdən imtina etdi

12:48 - 17 Avqust 2025

"Beşiktaş" "Roma"nın kapitanı Pelleqrinini heyətinə qatmaq istəyib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Türkiyə klubuna keçmək niyyətində olmayıb.

O, fərqli komandaya transferinə normal yanaşsa da, “Beşiktaş”da oynamağa maraq göstərməyib.

Pelleqrini 2017-ci ildən “Roma”da oynayır və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Lorenzo “Roma”dan savayı, icarə əsasında “Sassuola”da çıxış edib.
 

Xəbər xətti