"Beşiktaş"ın kapitanları dəyişdi

12:05 - 18 Oktyabr 2025

Türkiyənin "Beşiktaş" klubunun kapitanları dəyişib.

Sportal.az xəbər verir ki, Orkun Kökçü əsas kapitan təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vilfred Ndidi isə ikinci kapitan olacaq.

Bundan əvvəl bazübənd Necip Uysalın qolunda olurdu. Qapıçı Mert Günok isə vitse-kapitan idi.

Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü mövsümün əvvəlində "Benfika"dan, Vilfred Ndinini isə "Lester Siti"dən transfer edib.

Xəbər xətti