"Fənərbaxça" qapıçı İrfan Can Eyribayatla yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko türkiyəli qolkiperin performansından məmnun deyil. Bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul klubu yanvar ayında 27 yaşlı "əlcək sahibi" üçün gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Eyribayatı 2022-ci ilin yayında "Göztepe"dən transfer edib. Təcrübəli qapıçı bu mövsüm komandanın heyətində 6 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
