"Kəpəz"də albaniyalı müdafiəçi - RƏSMİ

20:03 - 1 Sentyabr 2026

"Kəpəz" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi David Domqyoni ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Albaniyalı oyunçu mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, 29 yaşlı futbolçu son olaraq İsraildə "Hapoel"in (Yerusəlim) formasını geyinib.

Xəbər xətti