Osiako "Simurq"da fərqləndi

 

"Simurq" klubununüzvü Patrik Osiako Keniya yığmasına dəvət edilib.

 

Sportal.az xəbər verir ki, futbolçu senytabrın 1-dən 9-dək ölkəsində təşkil ediləcək təlim-məşq toplanışında iştirak edəcək. Osiako"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də Namibiya qarşı keçiriləcək görüşdə Kenya yığma komandasının uğurları üçün mübarizə aparacaq.

 

Qeyd edək ki, Patrik Osiako "Simurq"un heyətində forma geyinən yeganə legioner futbolçudur ki, ölkəsinin yığma komandasına dəvət edilir.