"Simurq" yoxlama oyunu keçirəcək
 
Premyer Liqanın V turu çərçivəsində "İnter"i məğub edən "Simurq"un futbolçularına verilən 4 günlük istirahət başa çatıb.
 
Sportal.az xəbər verir ki, Zaqatala klubu Azərbaycanı tərk edib.
 
Baş məşqçi Georgi Çixradze yetirmələrini təlim-məşq toplanışı keçmək üçün vətəni Gürücüstana aparıb.
 
"Simurq" sentyabrın 9-dək Tiflisdə qalacaq və bir yoxlama oyunu keçirəcək. Rəqibin kim olacağı məlum deyil.