"Simurq" bu tur da Zaqatalada oynamayacaq

 

"Simurq" bu həftə "Sumqayıt"ı harada qəbul edəcək?

Bu sualın cavabını klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportal.az-a açıqlayıb:

" Zaqatalada təmir işləri yekunlaşmadığına görə bu həftə də orada oynaya bilməyəcəyik. Hələlik iki variant var. Ola bilsin ki, rəqibi yenidən Qəbələdə qəbul etdik. Qəbələdə olmasa yəqin ki, Bakıda qarşılaşacağıq".