"İndiyə qədər azarkeşlərlə belə maraqlanan klub prezidenti olmamışdı"

22:13 - 24 Sentyabr 2013

"Kəpəz"ə prezident təyin olunmuş Mehman Allahverdiyev komandanın fan-klublarını da unutmayıb.
 
 
 Gəncə klubunun prezidenti klubun eyni adlı fan-klubunu fəaliyyət göstərmək üçün ofislə təmin edib.
 
"Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev Sportal.az-a verdiyi açıqlamada bunları dilə gətirib:
 
"Bu gün Mehman müəllim məni çağırdı və azarkeşlər üçün nəzərdə tutulan ofisin açarlarını mənə təqdim etdi. O, həmçinin azarkeşlərə forma və şarfların veriləcəyini, səfər oyunlarında komandanı dəstəkləmək üçün hər çür şəraitin yaradılacağını dedi. İndiyə kimi, azarkeşlərlə belə maraqlanan klub prezidenti olmamışdı. Biz azarkeşlər də həmişə komandamıza dəstək verəcəyik"

Xəbər xətti