"Bankirlər" Qazaxıstan təmsilçisi ilə qarşılaşacaq
 
“İnter”in Antalya toplanışı çərçivəsində yoxlama rəqiblərindən biri dəyişib.
 
Sportal.az xəbər verir ki, Pavlodar “İrtış”ının yerinə “bankirlər” digər Qazaxıstan komandası “Aktobe” ilə qarşılaşacaq.
 
Oyun yanvarın 18-də keçiriləcək.