Zaqatala təmsilçisinin daha ir rəqibi məlum oldu
 
“Simurq”un Antalya toplanışı çərçivəsində daha bir rəqibinin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, Giorgi Çixradzenin yetirmələri yanvarın 22-də Çinin “Şanxay” komandası ilə qarşılaşacaq.
 
Xatırladaq ki, yanvarın 18-də komandamız Rumıniyanın “Vaslui” komandası ilə gücünü sınayacaq.
 
Yanvarın 25-dəki rəqibin adına isə hələ aydınlıq gəlməyib.