Komanda bu gün ilk məşqinə çıxacaq
 
Bakının "İnter" klubu Avropa Liqasına hazırlıq çərçivəsində İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində  təlim-məşq toplanışı keçirəcək.

Sportal.az xəbər verir ki, "İnter" artıq Türkiyədədir. Kaxabar Sxadadzenin komandası bir neçə saat əvvəl məskunlaşacağı "Green Park" otelinə çatıb.

Qeyd edək ki, "İnter" bu gün yerli vaxtla saat 10:00-da ilk məşqinə çıxacaq.

Türkiyədəki təlim-məşq toplanışı ayın 10-na kimi davam edəcək.