Klub ikinci transfer bombasını partladıb
 
Dünən Oskar Kardosonun transferini həll edən "Trabzsonspor" bu gün daha bir transfer edib.
 
Sportal.az goal.com-a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi "Milan"ın üzvü Kevin Konstant ilə müqavilə imzalayacaq. Transferin yaxın bir neçə gün ərzində rəsmən reallaşacağı deyilir. "Trabzonspor" bu transferi 2.5 milyon avroya gerçəkləşdirəcək.