"Qara qartallar" evdə xal itirdilər
Türkiyə Superliqasında 4-cü turun iki oyunu keçirilib.
Sportal.az xəbər verir ki, iddialılardan sayılan “Beşiktaş” doğma meydanında “Eskişehirspor”la heç-heçə edib.
21-ci dəqiqədə ev sahibləri Olcan Şahanın qolu sayəsində hesabı açıblar. Ancaq "ağ-qaralar" hesabı sona qədər qoruyub saxlaya bilməyiblər. 71-ci dəqiqədə Dabanli tarazlığı bərpa edərək komandasını məğlubiyyətdən qurtarıb.
“Beşiktaş” – “Eskişehirspor” 1:1
Qol: Olcan Şahan, 21 - Dabanli, 71
saytlarin hazirlanmasi

