Millinin iki əsas qapıçısı zədəlidir

 

Türkiyənin millisi və "Fənərbaxça klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Volkan Dəmirəl zədələnərək sıradan çıxıb.


Təcrübəli qapıçının adı "Avro-2016"nın seçmə mərhələsində Çexiya və Latviya ilə oyunlar üçün heyətdən çıxarılıb.


Qeyd edək ki, Türkiyə millisində bundan əvvəl Onur Kıvrakın altı ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı.