Futbolçudan etiraz

 

Türkiyə Superliqasının X turu çərçivəsində keçirilən "Bursaspor" - "Fənərbaxça" 1:1 matçının 35-ci dəqiqəsində əvəzlənən Caner Erkin baş məşqçiyə etiraz edib.

 

Sportal.az xəbər verir ki, müdafiəçi meydandan çıxarkən üzünü İsmail Kartala tutaraq: "Mən bir də bu komandada oynamayacam" deyə səslənib.