İki futbolçu sıradan çıxdı

 

Türkiyənin "Fənərbaxça" klubu ciddi itkiyə məruz qalıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı futbolçularından sayılan Bruno Alveş və Raul Meyreleş superliqanın 15-ci turunda "Mersin İdmanyurdu" ilə qarşılaşmada xəsarət alıblar.

 

Tibbi müayinədən sonra futbolçularının zədəsinin ciddi olduğu açıqlanıb. Onların yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.