"Sivasspor"dan inamlı qələbə

 

Bu gün Türkiyə Superliqasında 16-cı turun növbəti oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, yığmamızın üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” doğma meydanda “Karabükspor”la qarşılaşıb.

Matç meydan sahiblərinin  2:0 hesablı qələbəsi ilə başa çatıb. Baş məşqçi Sərgən Yalçın isə Cihanın adını yenə “18-liy”ə belə daxil etməyib.

Qeyd edək ki, “Sivasspor” turbir cədvəlində 14 xalla 17-ci pilləsində qərarlaşır.