18-ci turun matçları
Türkiyə superliqasında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Səfərdə "Qaziantepspor"un qonağı olan "Sivasspor" rəqibini 3:1 hesabı ilə məğlub edib. "Fənərbaxça" klubu isə səfərdə "Karabükspor"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, superliqada 18-ci tura bu axşam keçiriləcək 4 oyunla yekun vurulacaq.
Türkiyə Superliqası
XVIII tur
30 yanvar
“Akhisar” – “Balıkəsirspor” - 2:2
Qollar: Kısa, 8, Vural, 39 - Ferreyra, 61-avtoqol, Kulusiç, 90+2
“Trabzonspor” – “Ərciyəsspor” - 2:1
Qollar: Ekici, 22, Kardozo, 45+1 - Karaer, 58
31 yanvar
“Kasımpaşa” – “Başakşəhər” - 0:1
Qol: Şəntürk, 78-pen
“Qaziantepspor” – “Sivasspor” - 1:3
Qollar: Dəmir, 27 – Çaheçahe, 54, Akın, 56, Bəkməzci, 76
“Karabükspor” – “Fənərbaxça” - 1:2
Qollar: Traore, 75 - Şahin, 7, Emenike, 58
1 fevral
15:00 “Gənclərbirliyi” – “Rizəspor”
15:00 “Konyaspor” – “Əskişəhərspor”
18:00 “Beşiktaş” – “Mersin İdmanyurdu”
22:00 “Qalatasaray” – “Bursaspor”

