Seneqallı hücumçu “Fənərbaxça”da gedəcək?
 
“Fənərbaxça”nın hücumçusu Mussa Sovun mövsümün sonunda klubla yollarını ayıracağı barədə məlumatlar dolaşırdı.
 
Sportal.az xəbər verir ki, seneqallı futbolçu açıqlamasında buna belə münasibət bildirib:
 
“Mənə komandanı tərk edəcəyimlə bağlı suallar veriləndə, buna adətən mövsüm sonunda baxacağımı deyirəm. Superliqada çempionluq yarışının bu cür başabaş getməsi bizi daha da həyəcanlandırır. Lakin niyyətimizə çatacağımıza inamım böyükdür”.