"Fənərbaxça"nın futbolçuları barda yaxalandı
 
“Fənərbaxça”nın bu mövsüm uğursuzlarından olan Emmanuel Emenike və Raul Meyreleş son turda “Balıkesirspor”la oyundan sonra gecə klubunda yaxalanıb. 
 
Sportal.az  xəbər verir ki, hər iki futbolçu 4:3 hesabı ilə qalib gəldikləri qarşılaşmanın yorğunluğunu qızlarla çıxarıblar. Əyləncədən görüntüləri isə futbolçularla əylənən qızlardan biri öz İnstagram hesabında paylaşıb.