“Cim Bom” mövsümü kuboklarla başa vurdu
Türkiyədə futbol 2014/2015 mövsümünə ölkə kubokunun final qarşılaşmasıyla yekun vurulub.
Sportal.az xəbər verir ki, həlledici oyunda “Busaspor” və “Qalatasara” komandaları üz-üzə gəlib. Bursada baş tutan duelində sevinən tərəf “sarı-qrımızılılar” olub. Burak Yılmazın het-tirki sayəsində “timsahlar”a 3:2 hesabı ilə qalib gələn “Qalatasaray” mövsümü “Qızıl dubl”la başa vurub.
“Qalatasaray” - “Bursaspor” 3:2
Qollar: Burak Yılmaz 40, 48, 60 – Fernandao 27, Volkan Şən 58
saytlarin hazirlanmasi

