Ən azı 2 həftə oynamayacaq
"Kəpəz"in aparıcı futbolçularından biri Dario Federikonun Premyer Liqanın 12-ci turunda AZAL-la matçda zədələndiyi barədə məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "10" nömrə dünən tibbi müayindən keçib və futbolçunun dizində dartınma olduğu üçün ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir. Darionun 1 ay ərzində tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, Federikonun noyabrın 21-i keçiriləcək "Qarabağ"la oyunu buraxacağı dəqiqdir.
saytlarin hazirlanmasi

