Portuqaliya millisində daha bir ciddi itki

19:34 - 21 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Portuqaliya millisində daha bir itki baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın "Portu"da çıxış edən üzvü Pepe zədələnib. 38 yaşlı mərkəz müdafiəçisi Premyer Liqada "Portimonense"yə 2:1 hesabı ilə qalib gəldikləri matçın 25-ci dəqiqəsində ayağından aörılar hiss edib və meydanı tərk edib.

 

Pepenin durumuna müayinədən keçdikdən sonra aydınlıq gələcək. Daha öncə Portuqaliya millisinin qapıçısı Rui Patrisiu zədə səbəbindən millinin heyətindən çıxarılıb.

 

Portuqaliya - Azərbaycan matçı martın 24-ü İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda baş tutacaq.

 

Xəbər xətti