"Porto" 40 yaşlı futbolçunun müqavilə müddətini artırdı

12:48 - 24 Aprel 2023

"Porto" təcrübəli futbolçusu Pepe ilə müqavilə müddətini uzadıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya nəhəngi 40 yaşlı müdafiəçini buraxmaq istəməyib. Yeni müqaviləyə əsasən Pepe 2024-cü ilə qədər Portuqaliya klubunda oynayacaq.

Pepe 2004-2007-ci illərdə “Porto”da oynayıb. “Real” və “Beşiktaş”da çıxış etdikdən sonra portuqaliyalı 2019-cu ildə “Porto”ya qayıtmışdı. 

 

Xəbər xətti