Ukrayna mətbuatı “Neftçi”nin yeni transfer hədəfini açıqlayıb.
Sportal.az “INSIDE UPL”ə istinadən xəbər verir ki, “ağ-qaralar” “Rux”un 22 yaşlı yarımmüdafiəçisi Denis Pidqurski ilə yaxından maraqlanır.
Ukraynalıların iddiasına görə, Yuri Vernidub həmyerlisini şəxsən sərəncamında görmək istəyir.
“Neftçi”oyunçunun "Rux"la müqaviləsinin cari mövsümün sonunda başa çatmasından istifadə edərək, onu bu qış heyətinə qatmağa çalışacaq.
Denis “Karpatı”(Lvov) klubunda da oynayıb.
