Misir yığması Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda oyunda Nigeriyaya məğlub olub (0:0, penaltilərdə 2:4).
Sportal.az xəbər verir ki, əsas vaxtda komandalar qol vura bilməyib və oyun penaltilər seriyasına keçib. Misir millisində Məhəmməd Salah və Ömər Marmuş penaltiləri dəqiq yerinə yetirə bilməyiblər: Nigeriya yığmasının qapıçısı Stenli Nvabili həm “Liverpul”un vingerinin, həm də “Mançester Siti”nin hücumçusunun zərbələrini dəf edib.
Qeyd edək ki, Misir Afrika Millətlər Kubokunda ardıcıl ikinci dəfə mükafatçılar sırasına düşə bilməyib.
saytlarin hazirlanmasi
