"Neftçi"nin oyununu kiprli hakimlər idarə edəcək - Konfrans Liqası

13:40 - 18 İyul 2026

UEFA Konfrans Liqası II təsnifat mərhələsinin "Neftçi" ilə Minsk "Dinamo"su arasında keçiriləcək ilk oyununun təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, matçı Kiprdən olan ədalət təmsilçiləsi idarə edəcək.

Görüşün Baş hakimi Konstantinos Fellas olacaq. Ona yan xətlərdə Marios Kaloqirou və Giorgios Xaralampus köməklik göstərəcklər. Dördüncü hakim funksiyasını isə Konstantinos Neofytou yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" - "Dinamo" qarşılaşması iyulun 22-də "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Xəbər xətti