UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-si saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) matçının biletləri satışa çıxarılıb.
Sportal.az xəbər verir ki, qiyməti 5 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 8 (“Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 12 (“Banişevski alt” sektoru), 35 (“VIP Silver”, “VIP Family” sektorları) və 50 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
saytlarin hazirlanmasi
