“Qarabağ”ın sabiq futbolçusu Azərbaycanda işləmək istəyir

19:58 - 10 Avqust 2026

Şimali Makedoniyanın "Skopye" komandasının baş məşqçisi, "Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem Azərbaycanda çalışmaq istəyir.

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis bu barədə Sport24.az-a açıqlamasında danışıb.

Keçmiş yarımmüdafiəçi ölkəmizdə baş məşqçi kimi fəaliyyət göstərmək istədiyini bildirib:

"Azərbaycanda işləmək istəyərəm. Çünki bu ölkənin çempionatını yaxşı bilirəm. Hətta baş məşqçi olaraq orada çox uğurlu iş ortaya qoyacağıma da inanıram. Əgər təklif gəlsə, dəyərləndirməyə çalışacağam".

Qeyd edək ki, Muarem Muarem 2012-2015-ci illərdə və 2016/2017 mövsümündə "Qarabağ"ın formasını geyinib. O, Ağdam klubu ilə 4 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Xəbər xətti