"Diqqət: Turnir cədvəlinə baş ayaq baxın"

 

 

Az öncə başa çatan “Neftçi” – “İnter” matçının gedişində meydança sahiblərinin azarkeşləri müxtəlif pankartlar qaldırıblar.

 

Sportal.az xəbər verir ki, bu pankartlardan biri bir başa “Xəzər Lənkəran”ın “şərəfinə” olub. Belə ki, fanatlar “DİQQƏT: TURNİR CƏDVƏLİNƏ BAŞ AYAQ BAXIN” yazmaqla “Xəzər Lənkəran”a ilişiblər. Məlumat üçün deyək ki, ayaq sözü yaşıl rəngdə yazılıb.

 

Sonda məlumat üçün xatırladaq ki, “Xəzər Lənkəran” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.