Sadıqov AZAL-la oyunda meydanda ola bilər
 
"Qarabağ" kapitanı Rəşad Sadıqov komanda ilə məşqlərə başlayıb.
 
Bu barədə Sportal.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib:
 
"Rəşad Sadıqov zədəsini sağaldıb komanda ilə məşqlərə başlayıb. AZAL-la oyunda oynayıb-oynamayacağı baş məşqçinin qərarından asılıdır".