Bertuççi sıraya döndü
 
Məşqlərin birində zədələnən və bu səbəbdən "Simurq"la oyunu buraxan Bruno Bertuççinin son durumu müəyyən olub.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, braziliyalı artıq zədəsini sağaldıb və iki gündür komanda ilə birlikdə məşqlərə başlayır.
 
Baş məşqçinin şans verəcəyi təqdirdə o, kubokun finalında "Qəbələ"yə qarşı forma geyinə bilər.