"Ağ-qaralar" Avstriyaya yollandı
 
Avroliqada  təmsilçimiz “Neftçi” klubu hazırlığın ikinci mərhələsi üçün ölkəni tərk edib.
 
Sportal.az xəbər verir ki, komanda səhər saatlarında  saatlarında Azərbaycanı tərk edərək, Avstriyaya yollanıb. Komanda 10 günlük təlim-məşq toplanışında 4 yoxlama oyunu keçirəcək.

“Neftçi” iyulun 10-da vətənə qayıdıb Bakıda hazırlaşacaq.

Qeyd edək ki, flaqma “Koper” – “Çelik” cütünün qalibinə qarşı ilk oyununu iyulun 17-də Bakıda keçirəcək.