"Valletta" "Qarabağ"la oyun öncəsi ciddi itkilərlə üzləşdi

 

"Valletta" Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la keçirəcəyi oyun öncəsi ciddi itkilərlə üzləşib.

 

Sportal.az xəbər verir ki, Malta klubunun iki üzvü - Adrian Zahra və Livelina Kremona sıradan çıxıb. Bu futbolçular təmsilçimizlə ilk oyunu buraxacaq.

 

Qeyd edək ki, "Valletta" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.