O, artıq komanda ilə Sloveniyaya yollanıb
 
Vitse-prezident Tahir Süleymanovla yollarını ayıran “Neftçi”nin bu posta kimi gətirəcəyi dəqiqləşib.
 
Sportal.az xəbər verir ki, boş qalan vitse-prezident vəzifəsinə Elnur Əşrəfoğlu gətirilib. Aldığımız məlumata görə, Elnur Əşrəfoğlu bu gün “Neftçi”ylə bir yerdə “Koper”lə oyun üçün Sloveniyaya gedib.

Komanda səfərdən qayıtdıqdan sonra isə Əşrəfoğlunun təyinatı rəsmən açıqlanacaq. (stadium.az)