31 yanvarda...

 

Futbol üzrə Asiya kubokunda ikinci finalçının da adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, yarımfinal görüşündə Avstraliya və Birləşmiş Ərəb Əmirliklərinin yığmaları üz-üzə gəlib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Avstraliya yığması finala yüksələn ikinci komanda olub.

 

Qeyd edək ki, finalda Avstraliya və Cənubi Koreya yığmaları üz-üzə gələcək. Yanvarın 31-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.