19-cu turun matçı
İran çempionatında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu bu tur doğma meydanda "Padideh Maşad" ilə qarşılaşıb. Matç qonaqların qələbəsi ilə başa çatıb - 1:3.
"Padideh Maşad"ın ikinci qolunu "Neftçi"nin sabiq hücumçusu Bahadır Nasimov vurub.
Qeyd edək ki, "Traktor Sazi" 19 turdan sonra 32 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
6 fevral
İran çempionatı, 18-ci tur
"Traktor Sazi" - "Padideh Maşad" - 1:3
Qollar: Enayati, 22 (0:1), Nasimov, (1:2), Nasehi, 51 (1:3)

