Hücumçu "siftə" etdi
 
ABŞ-ın "Nyu York Siti" klubu yoxlama matçında qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, komanda Şotlandiyanın "Sent Mirren" klubu ilə qarşılaşıb.
 
İspaniya millisinin üzvü David Vilya yeni komandasında qol hesabını açıb.  Nyu-yorkluların 2:0 hesabıyla qalib gəldiyi matçda Vilya komandasının ilk qolunu vurub.