Slovakiya çempionu bəlli olub
 
 
Futbol üzrə Slovakiya çempionunun adına aydınlıq gəlib.
 
 
Sportal.az xəbər verir ki, sona 2 tur qalmış “Dukla”nı 1:0 hesabı ilə məğlub edən “Trençin” çempion titulunu qazanıb.
 
 
Qeyd edək ki, “Trençin” Çempionlar Liqasına da vəsiqə qazanıb. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Slovakiya təmsilçisi Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərindən olub.