Türkiyə klubunun yeni baş məşqçisi bilindi

20:21 - 14 Fevral 2026

Türkiyənin "Samsunspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Torsten Finklə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssis sabah Samsun şəhərinə gedəcək və yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Torsten Finkin son iş yeri Belçikada "Genk" olub. "Samsunspor" isə bu gün Tomas Raysla yollarını ayırıb.

Xəbər xətti